BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdinin “Stars of Informatics” virtual proqramlaşdırma müsabiqəsində uğuru

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin VIII sinif şagirdi Həsən Süleymanov Rumıniyada təşkil olunan “Stars of Informatics” virtual proqramlaşdırma müsabiqəsində gümüş medala layiq görülüb.
Oktyabrın 16-19-da keçirilən müsabiqədə 23 ölkədən 120 nəfər iştirak edib. Azərbaycan komandası müsabiqədə 2 qızıl və 2 gümüş medal qazanıb.
Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” şirkətinin dəstəyi ilə həyata keçirilir.
© 2009-2020, Bakı Dövlət Universiteti