Dizayn Məktəbində narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib

Dizayn Məktəbində narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib

Rəsmi mənbə

UNEC Dizayn Məktəbinin təşkilatçılığı ilə narkomaniyanın fəsadları və onunla mübarizə yollarına həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Dizayn kafedrasının müdiri, dosent Elfanə Qasımova narkomaniyanın insan sağlamlığına, psixoloji vəziyyətinə və sosial həyatına mənfi təsirləri barədə məlumat verib. O, narkotik maddələrdən istifadənin insan orqanizminə vurduğu zərərləri, təhsil prosesinə və gələcək həyat perspektivlərinə mənfi təsirlərini diqqətə çatdıraraq, bu sahədə maarifləndirmə işlərinin əhəmiyyətini vurğulayıb.

Daha sonra Dizayn Məktəbinin katibi, baş müəllim Aytən Ağayeva və “Dizayn” kafedrasının müəllimi Xanım Əzizova çıxış edərək narkomaniyanın yalnız fərdi sağlamlıq deyil, həm də ailə münasibətlərinə, sosial rifaha və cəmiyyətin inkişafına mənfi təsir göstərən ciddi problem olduğunu bildiriblər. Çıxışlarda gənclərin zərərli vərdişlərdən qorunmasının, sağlam həyat tərzinin təşviqinin və narkomaniyaya qarşı mübarizədə maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb.

Sonda iştirakçıların sualları cavablandırılıb və narkomaniyanın fəsadlarını, eləcə də onun qarşısının alınmasının vacibliyini əks etdirən maarifləndirici videoçarx nümayiş etdirilib.

Xəbərlər