Maliyyə və mühasibat fakültəsində seminar: “Maliyyə sistemində kibertəhlükəsizlik: görünməyən risklər və yeni təhdidlər”

Maliyyə və mühasibat fakültəsində seminar: “Maliyyə sistemində kibertəhlükəsizlik: görünməyən risklər və yeni təhdidlər”

Rəsmi mənbə

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində tələbələr üçün “Maliyyə sistemində kibertəhlükəsizlik: görünməyən risklər və yeni təhdidlər” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin müasir dövrdə artan əhəmiyyətindən bəhs edib, rəqəmsal texnologiyaların və süni intellektin maliyyə sektorunda tətbiqinin yaratdığı yeni imkanlarla yanaşı, kibertəhdidlərin, maliyyə fırıldaqçılığının və məlumatların məxfiliyinə yönələn risklərin də artdığını vurğulayıb, tələbələrin bu sahədə bilik və bacarıqlarının artırılmasının, rəqəmsal mühitdə təhlükəsiz davranış vərdişlərinin formalaşdırılmasının və kiberrisklərə qarşı məsuliyyətli yanaşmanın təşviq edilməsinin vacibliyini qeyd edib.

Seminar çərçivəsində UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri i.f.d. Rəna Hüseynova geniş təqdimatla çıxış edərək, maliyyə sistemində kibertəhlükəsizliyin əhəmiyyəti, rəqəmsal texnologiyaların tətbiqi ilə meydana çıxan yeni risklər və kibertəhdidlərdən qorunma yolları barədə məlumat verib, maliyyə məlumatlarının təhlükəsizliyinin təmin edilməsi, fərdi və korporativ məlumatların qorunması, rəqəmsal fırıldaqçılıq hallarının qarşısının alınması və süni intellekt texnologiyalarının yaratdığı imkanlarla yanaşı, potensial təhlükələrin də nəzərə alınmasının vacibliyini vurğulayıb.

Seminar zamanı tələbələrə kiberrisklərin vaxtında müəyyənləşdirilməsi, informasiya təhlükəsizliyi qaydalarına riayət olunması və rəqəmsal mühitdə təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması ilə bağlı tövsiyələr verilib.

Xəbərlər