UNEC 2026–2027-ci tədris ilində əcnəbi tələbə qəbulu üzrə rekorda imza atdı

UNEC 2026–2027-ci tədris ilində əcnəbi tələbə qəbulu üzrə rekorda imza atdı

Rəsmi mənbə

Azərbaycanda ali təhsil müəssisələrinə əcnəbi tələbə qəbulu prosesi tamamlanıb. 2026–2027-ci tədris ili üçün UNEC (Üniversitet) tarixinin ən yüksək nəticəsinə nail olub. Bu il universitetə qəbul olunan əcnəbi tələbələrin sayı 431 nəfərə çataraq, əvvəlki illə müqayisədə 157,3 faiz artım göstərib.

Müraciət edənlərin ümumi sayında da əhəmiyyətli artış qeydə alınıb. Təhsil almaq üçün müraciət edən əcnəbi vətəndaşların sayı 161,3 faiz artıb, müraciət edənlərin isə 60,2 faizi qəbul olunub. Qəbul göstəricilərindəki bu müsbət dinamik təhsilin hər iki səviyyəsində müşahidə edilib. Xüsusilə, bakalavriatura üzrə əcnəbi tələbə qəbulu 51,7 faiz, magistratura üzrə isə 92,3 faiz artım qeydə alınıb.

UNEC-in beynəlxalq tələbə coğrafiyası da genişlənməyə davam edir. Ötən illə müqayisədə universitetdə təhsil alan əcnəbi tələbələrin mənsub olduqları ölkələrin sayı 25 faiz artaraq 30-a yüksəlib. Qəbul olunan tələbələrin cins tərkibinə nəzər saldıqda, 50,3 faizini qızlar, 49,7 faizini isə oğlanlar təşkil edir. Tələbələr UNEC-də Azərbaycan, türk, ingilis və rus dillərində keyfiyyətli təhsil almaq imkanı əldə edəcəklər.

İxtisas seçimi üzrə ən diqqətçəkən artım MBA (Biznesin idarə edilməsi) proqramı üzrə qeydə alınıb. Bu sahəyə olan maraq 2,8 dəfə artıb. Bundan əlavə, Maliyyə ixtisasına qəbul 2,3 dəfə, Biznesin idarə edilməsi (umumi) üzrə 2,1 dəfə, İnformasiya təhlükəsizliyi ixtisasına isə 1,7 dəfə yüksəlib. Bu göstəricilər UNEC-in beynəlxalq təhsil bazarında rəqabətqabiliyyətinin və cazibəsinin artdığını bir daha təsdiqləyir.

Xəbərlər