UNEC-də Konstitusiya Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib

UNEC-də Konstitusiya Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib

Rəsmi mənbə

UNEC-in İqtisadiyyat və idarəetmə, Türk Dünyası İqtisad Fakültəsi və Rus İqtisad Məktəbinin birgə təşkilatçılığı ilə 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib. Tədbirin əsas məqsədi gənclər arasında konstitusiya dəyərlərinin təbliği, hüquqi maarifləndirmənin gücləndirilməsi və vətəndaş cəmiyyətinin inkişafına töhfə verməkdir.

Tədbiri giriş sözü ilə açan İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Mehriban Kərimzadə seminarın əhəmiyyətini vurğulayıb. O, bildirdi ki, bu cür tədbirlər insan hüquq və azadlıqlarına hörmətin, vətəndaşlıq məsuliyyətinin və müasir hüquqi düşüncə mədəniyyətinin formalaşdırılmasında vacib rol oynayıb. Kərimzadə qeyd edib ki, gənclərin hüquqi savadlılığının artırılması dövlətçilik quruculuğumuzun möhkəmləndirilməsində əsas amillərdən biridir.

Seminarın əsas hissəsində “İqtisadiyyat” kafedrasının baş müəllimi Elza Əhmədova çıxış edib. O, Azərbaycan Respublikası Konstitusiyasının qəbul tarixi, onun hüquqi dövlət quruculuğundakı tarixi rolu və əhəmiyyəti barədə geniş məlumat verib. Əhmədova Konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarını, eləcə də vətəndaşların əsas hüquq və vəzifələrini təfərrüatlı şəkildə izah edib. Həmsöhbət, Konstitusiyanın qanunun aliliyinin təmin edilməsində, demokratik prinsiplərin həyata keçirilməsində və cəmiyyətdə ədalətli münasibətlərin yaradılmasında mühüm əsas olduğunu vurğulayıb.

Tədbirin sonunda iştirakçılar hüquqi biliklərin artırılmasının, Konstitusiyaya hörmətin və gənclərdə fəal vətəndaş mövqeyinin formalaşdırılmasının vacibliyini qeyd ediblər. Seminarın keçirilməsi universitet kollektivinin hüquqi maarifləndirmə sahəsindəki fəaliyyətini davam etdirməsinin və gəncləri vətəndaş cəmiyyətinin aktiv üzvləri kimi yetişdirməkdəki səyinin göstəricisidir. UNEC bu kimi tədbirlər vasitəsilə tələbələrinin hüquqi biliklərini dərinləşdirməyə və onlarda dövlətçilik bilincini gücləndirməyə davam edəcək.

Xəbərlər