UNEC-də korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici tədbir keçirilib

UNEC-də korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici tədbir keçirilib

Rəsmi mənbə

UNEC-in Mühəndislik və Rəqəmsal İqtisadiyyat fakültələrinin, eləcə də Dizayn Məktəbinin birgə təşkilatçılığı ilə korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan dekan müavini Sevinc Abdullayeva “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində bu istiqamətdə maarifləndirmənin əhəmiyyətini vurğulayıb. O, korrupsiyanın yalnız hüquqi normaların pozulması ilə məhdudlaşmadığını, eyni zamanda cəmiyyətin mənəvi dəyərlərinə zərər vurduğunu və dövlət təsisatlarına olan etimadı sarsıdan qlobal təhlükə olduğunu qeyd edib.

Daha sonra Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov korrupsiyanın mahiyyəti, fəsadları və ona qarşı mübarizə yolları barədə məlumat verib. Həmçinin bu sahədə qabaqcıl beynəlxalq təcrübəyə, təhsil sistemində korrupsiyanın qarşısının alınması yollarına və digər aktual məsələlərə toxunub.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, korrupsiyaya qarşı mübarizədə maarifləndirmənin və ictimai məsuliyyətin rolu diqqətə çatdırılıb.

Xəbərlər