WFID VII çərçivəsində UNEC-də THİK-in təşkilatçılığı ilə maarifləndirici seminar keçirilib

WFID VII çərçivəsində UNEC-də THİK-in təşkilatçılığı ilə maarifləndirici seminar keçirilib

Rəsmi mənbə

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu (WFID VII) çərçivəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Azərbaycan müasir beynəlxalq münasibətlərdə: iqtisadi diplomatiya və mədəniyyətlərarası dialoq” mövzusunda maarifləndirici seminar keçirilib.

Seminarda siyasi iqtisad üzrə fəlsəfə doktoru (PhD), birinci dərəcəli müşavir diplomatik rütbəsinə malik Dr. Fikrət Paşayev, UNEC THİK-in sədr müavini Günay Ağazadə, eləcə də fəal tələbələr iştirak ediblər.

Çıxış edən Dr. Fikrət Paşayev müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyi, iqtisadi diplomatiyanın əhəmiyyəti və mədəniyyətlərarası dialoqun beynəlxalq əməkdaşlığın inkişafındakı rolu barədə fikirlərini iştirakçılarla bölüşüb. O, həmçinin bu istiqamətlərin ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsindəki əhəmiyyətinə toxunub.

Tədbir çərçivəsində UNEC-in Maliyyə və Mühasibat fakültəsinin THİK sədr müavini Aytac Kərimova da çıxış edərək layihənin əhəmiyyətindən, gənclərin beynəlxalq münasibətlər, diplomatiya və qlobal əməkdaşlıq sahələrində bilik və bacarıqlarının inkişaf etdirilməsinin vacibliyindən bəhs edib.

Tələbələrin bilik və dünyagörüşünün genişləndirilməsinə, onların aktual beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparmasına imkan yaradan seminar interaktiv müzakirələrlə yadda qalıb.

Xəbərlər